Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildi
Gündəm 15 Noyabr 2022 09:52

Bakıda 77 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Sitat.info-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, buna səbəb paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində aparılan təmir işləridir. Hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.