Hesablama Palatası: "Pensiya ödənişləri icmal büdcədə nəzərdə tutulmayıb"

Hesablama Palatası: \"Pensiya ödənişləri icmal büdcədə nəzərdə tutulmayıb\"
Gündəm 31 Oktyabr 2022 18:06

Gələn ilin "Büdcə zərfi”ndə Azərbaycanda əmək pensiyalarının ödənilməsi üçün 5 907,2 milyon manat vəsait nəzərdə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi"nə verdiyi rəydə bildirilir.

Bununla belə, sənəddə deyilir ki, icmal büdcənin iqtisadi təsnifatında pensiya ödənişləri üçün ümumiyyətlə xərc nəzərdə tutulmayıb.