İranda vəziyyət gərginləşir - ölən və yaralananlar var

İranda vəziyyət gərginləşir - ölən və yaralananlar var
Dünya 28 Oktyabr 2022 22:42

İranın Sistan və Bəlucistan əyalətlərinin Zahidan şəhərində cümə namazından sonra nümayişlər keçirilib.

Sitat.info xəbər verir ki, bu haqda İranın rəsmi İRNA agentliyi məlumat yayıb.

Etiraz aksiyaları zamanı 2 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.

Sistan və Bəlucistan Təhlükəsizlik Şurası hadisələrlə bağlı açıqlama verib:

“Zahidan cümə imamının xəbərdarlıqlarına baxmayaraq, təəssüf ki, bəzi fürsətçi insanlar xaos və etibarsızlıq yaratmaq üçün ətraf küçələrə toplaşdılar. Naməlum şəxslərin açdığı atəş nəticəsində çox sayda vətəndaş və təhlükəsizlik işçisi yaralanıb”.