Arif Hacılı saxlanılıb? - DİN-dən açıqlama

Arif Hacılı saxlanılıb? - DİN-dən açıqlama
Gündəm 28 Oktyabr 2022 15:25

Sosial şəbəkələrdə Müsavat Partiyasının sədri Arif Hacılının saxlanıldığına dair məlumat yayılıb.

Sitat.info xəbər verir ki, yayılan məlumatlarda onun saxlanılmasına səbəb kimi avtomobillə qoşa xətti keçməsi göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov saytımıza açıqlamasında məlumatı təkzib edib. (Axar.az)