İtaliyada yaşayış binasında partlayış: Ölən var

İtaliyada yaşayış binasında partlayış: Ölən var
Dünya 27 Oktyabr 2022 20:41

İtaliyanın Toskana bölgəsinin Torre kəndində (Lukka əyaləti) kiçik yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə cümə axşamı əyalət polis idarəsi məlumat yayıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, partlayış, ehtimal ki, məişət qazının sızması nəticəsində baş verib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İki mərtəbəli bina isə tamamilə uçub.

Mənbə: TASS