Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu
Gündəm 25 Oktyabr 2022 09:47

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Rəşad Əliqulu oğlu Orucov Donetsk vilayəti istiqamətində həlak olub.

 

Sitat.info Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.