Ruslar Kiyev və Xarkovda hərbi komandanlığa zərbə endirdi

Ruslar Kiyev və Xarkovda hərbi komandanlığa zərbə endirdi
Dünya 14 Oktyabr 2022 17:14

Rusiya aviasiyası Kiyev və Xarkov vilayətlərində hərbi komandanlıq və enerji obyektlərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynanın 14 HİMARS və Alder RYAS mərmisini, həmçinin 15 pilotsuz uçuş aparatını vurub.