“Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib” - BMT

“Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib” - BMT
Dünya 10 Oktyabr 2022 23:59

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda BMT-nin insan haqları üzrə ekspertləri birgə yazılı bəyanat yayıb.

Açıqlamada Ukrayna xalqının üçdə birinin müharibənin başlamasından sonra ölkəni tərk etdiyi vurğulanıb və çoxlu sayda qadın, uşaq, qoca və əlil qaçqının son dərəcə müdafiəsiz vəziyyətdə olduğu bildirilib.

Bildirilib ki, qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir və uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir.