Bakıda çimərlikdə iyrənc mənzərə: Uzun bir zolaq neft məhsulu ilə çirklənib
Buzovna çimərliyində iyrənc, eyni zamanda təhlükəli vəziyyət yaranıb. Belə ki, ləpədöyəndə uzun bir zolaq neft tullantıları ilə çirklənib.
Sitat.info xəbər verir ki, məsələ ilə əlaqədar sakinlər tərəfindən Oxu.Az-a şikayət daxil olub.
Videodan da göründüyü kimi, Buzovna çimərliyinin “Buz Bar” adlandırılan ərazisindəki çirklilik nəzərəçarpacaq dərəcədədir. Bəzi sakinlər isə iyrənc mənzərəyə baxmayaraq, dənizə girməkdən çəkinmirlər.