“Qisas” əməliyyatının pərdəarxası - VİDEO

“Qisas” əməliyyatının pərdəarxası - VİDEO
Gündəm 09 Avqust 2022 14:04

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 93-cü buraxılışı təqdim olunub.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatının pərdəarxası məqamlarından, ordumuzun əldə etdiyi nailiyyətlərdən danışıb.

O bildirib ki, Qarabağ silsiləsində Azərbaycan Ordusunun hərbçiləri birdən-birə peyda olmayıb. Bölmələrimizin bütün silsilə boyu mövqeləri və döyüş postları olub.

“Qeyri-qanuni erməni silahlı dəstələrinin həmin mövqelərdən birinə qarşı törətdiyi təxribat “Qisas” - cavab əməliyyatının başlanmasına təkan verib”, - deyə qeyd edilib.