Azərbaycanda koronavirusa yoluxma ilə bağlı icra olunan test sayı 7 milyonu keçib

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı icra olunan test sayı 7 milyonu keçib
Gündəm 17 İyul 2022 16:27

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar icra olunan test sayı 7 milyonu keçib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sitat.info-ya verilən məlumata görə, bu günə qədər ümumilikdə 7 002 575 test icra olunub.

Son sutka ərzində isə 2 893 test icra edilib.