Ukrayna rusların hərbi bazasını məhv etdi: ölənlər var

Ukrayna rusların hərbi bazasını məhv etdi: ölənlər var
Dünya 17 İyul 2022 13:33

Ukrayna ordusu rusların Alçevskdəki trolleybus deposunda yerləşən hərbi bazasını vurub.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bazanın məhv edilməsi ilə bağlı yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Alçevskdə rus ordusunun şəxsi heyəti yerləşirdi. Hərbçilərinin bir hissəsi dəqiq atəşlə məhv edilib. Amma hələlik itkilərin dəqiq sayı müəyyən edilməyib.

Zərbələrin endirildiyi yerdə yanğın başlayıb.

/Axar.az