Pakistanda güclü yağışlar: ölənlərin sayı 62-yə çatdı

Pakistanda güclü yağışlar: ölənlərin sayı 62-yə çatdı
Dünya 08 İyul 2022 11:48

Pakistanın yağan güclü yağış nəticəsində həyatını itirənlərin sayı 62-yə yüksəlib.

Sitat.info xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Əfqanıstan-Pakistan sərhədindəki kəndlər də su altında qalıb.

Bəlucistan və Pəncab əyalətini birləşdirən magistralın bir çox hissəsi bağlanıb.

 

/Axar.az