Türkiyədə axtarışda olan iki terrorçu məhv edilib

Türkiyədə axtarışda olan iki terrorçu məhv edilib
Dünya 06 İyul 2022 22:43

Türkiyənin Van əyalətinin jandarmasının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışda olan PKK terrorçuları Osman Yıldırımçakar və Şehmiran Karahan zərərsizləşdirilib.

Bu barədə daxili işlər naziri Suleyman Soylu bildirib.

Qeyd olunub ki, bu şəxslər barədə məlumat təqdim edənlərə 1 milyon türk lirəsi mükafat təklif olunurdu.//APA