Xalidə Kəngərlinin əri ilə bağlı Gömrük Komitəsindən AÇIQLAMA  

Xalidə Kəngərlinin əri ilə bağlı Gömrük Komitəsindən AÇIQLAMA  
Gündəm 29 İyun 2022 18:46

Dünən 11-ci mərtəbədən yıxılaraq ölən ginekoloq Xalidə Kəngərlinin həyat yoldaşı Rüfət Kəngərlinin Dövlət Gömrük Komitəsində çalışdığına dair yayılan informasiyalara rəsmi münasibət bildirilib. 

SİTAT.İNFO xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib.

O bildirib ki, R.Kəngərli Komitənin əməkdaşıdır:

“O, Bakı Baş Gömrük İdarəsində gömrük xidməti mayorudur. Gömrük inspektoru kimi çalışır”.