Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası
Gündəm 26 İyun 2022 16:53

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Sitat.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 164 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 292 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 2 345, hazırkı dövrədək isə 6 954 464 test aparılıb.