Şəkidə 4 nəfəri çaqqal dişlədi 

Şəkidə 4 nəfəri çaqqal dişlədi 
HADİSƏ 11 Sentyabr 2026 13:54

Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.

“Sitat.info” “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.

Oktay Əliyev (71 yaş), Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.

Xəsarət alan şəxslər Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.