Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
Xankəndi şəhərində artıq 28 min insan yaşayır.
Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpus nümayəndələrinə müraciətində deyib.
Elçin Yusubov bildirib ki, Xankəndidən məcburi köçkün olmuş əhalinin şəhərə qayıdışı davam edir:
“Hazırda Xankəndidə 3 000-dən çox tələbə məskunlaşıb və təhsil alır. Bu göstərici şəhərin ümumi əhalisinin 10 faizindən çoxunu təşkil edir”.
Onun sözlərinə görə, şəhərdə yeni yaşayış binaları və parklar inşa olunur, müasir tələblərə cavab verən yollar salınır:
“Şəhərin ümumi görünüşünə və müasir şəhərsalma standartlarına uyğun gəlməyən tikililərin sökülməsi prosesi sürətləndirilib”.
Elçin Yusubov əlavə edib ki, müasir tələblərə cavab verən yeni tikililərin inşası ilə bağlı layihələndirmə işlərinə də başlanılıb.