Xaçmazda əməliyyat: 7 nəfər saxlanıldı - Video 

Xaçmazda əməliyyat: 7 nəfər saxlanıldı - Video 
KRİMİNAL 11 Sentyabr 2026 13:43

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov saxlanılıblar.

Sitat.info xəbər verir ki, həmin şəxslərdən ümumi çəkisi 40 kiloqram olan 67 ədəd narkotik tərkibli kol və 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.