İran İraq ərazisini vurdu

İran İraq ərazisini vurdu
Gündəm 11 Avqust 2026 18:00

 

İran İraqın Ərbil şəhərində kürd silahlı birləşmələrinin təlim bazasına raket zərbələri endirib. 

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. 

İraq mətbuatı isə hücum nəticəsində İran kürdlərinin “Komala” partiyasının qərargahına 3 raket zərbəsi endirildiyini açıqlayıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb, binaya isə ciddi ziyan deyib.