Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb
2026-cı il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib.
Sitat.info bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 12,2% artıb.