Vəfat edən aktyorun sərvəti kimə qalacaq?

Vəfat edən aktyorun sərvəti kimə qalacaq?
İQTİSADİYYAT 28 Avqust 2026 09:47

Britaniyalı aktyor Tim Karrinin ölümündən sonra onun sərvətinin kimə qalacağı maraq doğurub.

Sitat.info Axşam.az-a istinadən xəbər verir ki, 80 yaşında vəfat edən aktyor heç vaxt evlənməyib və övladı olmayıb. Onun təxminən 8 milyon dollar sərvəti, həmçinin Los-Ancelesdə yerləşən evi olduğu bildirilir.

Karrinin əmlakının taleyinin vəsiyyətinin olub-olmamasından asılı olduğu qeyd edilir. Əgər aktyor vəsiyyət qoyubsa, sərvəti sənəddə göstərilən şəxslər arasında bölüşdürüləcək. Vəsiyyət olmadığı halda isə Kaliforniya qanunlarına əsasən onun qohumlarının kimlər olduğu müəyyənləşdiriləcək və əmlak qanuni varislər arasında bölüşdürüləcək. Hazırda Karrinin kimləri varis təyin etdiyi barədə açıq məlumat yoxdur.

Aktyorun Los-Ancelesdəki evi də diqqət çəkir. 1922-ci ildə inşa edilən, Aralıq dənizi üslubundakı tarixi malikanəni Karri 1993-cü ildə 650 min dollara alıb. O, uzun illər ərzində evi bərpa etdirib. Evdə sənət əsərləri, ingilis antikvar əşyaları və müxtəlif dekorativ nümunələrdən istifadə olunub.