Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu
Gündəm 26 İyun 2026 19:38

Yaponiyanın Honşu adasının cənub sahilləri yaxınlığında 5,6 maqnitudalı zəlzələ baş verib.

 

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında deyilir.
 

Zəlzələ ocağı 20 km dərinlikdə yerləşib. Tokio yaxınlığındakı güclü zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.
 

Yeraltı təkan 561 min əhalisi olan Haçiojidən 24 km cənub-qərbdə, Otsukidən (əhalisi: 31,2 min) isə 10 km cənub-şərqdə baş verib.
 

Dağıntı və tələfat barədə məlumat verilmir.