Müavinət, təqaüd və sosial yardımlar bu tarixdə ödəniləcək

Müavinət, təqaüd və sosial yardımlar bu tarixdə ödəniləcək
Gündəm 23 İyun 2026 18:54

Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi planlaşdırılır.

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının iyunun 24-də ödənilməsi nəzərdə tutulub.