Tramp: “Qərarları mən verirəm, Netanyahu yox”

Tramp: “Qərarları mən verirəm, Netanyahu yox”
Dünya 09 İyun 2026 11:14

ABŞ prezidenti Donald Tramp dünən İranın İsrailə hücumundan sonra verdiyi açıqlamada hadisənin davam edən danışıqlara təsir etməyəcəyini bildirib.


Sitat.info-nun xarici mediaya istinadən məlumatına  görə, Tramp qeyd edib ki, İsrailin baş naziri Benjamin Netanyahu İranla mümkün razılaşmanı qəbul etməkdən başqa seçimə malik deyil.

ABŞ prezidenti əlavə edib: “Bütün qərarları mən verirəm. Netanyahu qərar verən deyil”.

Trampın açıqlamaları İran–İsrail gərginliyi və Vaşinqtonla Tehran arasında mümkün diplomatik proseslərlə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

Aytac,

Sitat.info