Bakıda xanım sərnişin avtobusa hücum etdi

Bakıda xanım sərnişin avtobusa hücum etdi
Gündəm 05 İyun 2026 20:00

Bu gün Bakıda ictimai nəqliyyatda insident baş verib.

Sitat.info xəbər verir ki, hadisə Nəsimi rayoni Akademik Həsən Əliyev küçəsində baş verib.

Belə ki, 61 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edın “Otokar” markalı avtobusun dayanacaqdan kənar yerdə qarşısını kəsərək saxlatdıran xanım sərnişin əsəbi halda nəqliyyat vasitəsinə zərər vurub.O, avtobusun şüşəsilənlərini qoparıb, həmçinin zərbələr endirərək nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb.

Xuliqanlıq əməli ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib.