İsrail və Livan arasında atəşkəsi rədd etdi

İsrail və Livan arasında atəşkəsi rədd etdi
Gündəm 04 İyun 2026 19:50

Livanın “Hizbullah” hərəkatı İsrail və Livan arasında atəşkəsin şərtlərini rədd edir.

Sitat.info “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə qrupun lideri Naim Qasem bildirib.

“İşğal davam etdikcə müqaviməti dayandırmaq üçün heç bir öhdəlik götürməmişik”, - N. Qasem deyib.

O əlavə edib ki, İsrail qoşunları Livan ərazisindən çıxmalıdır. Onun sözlərinə görə, davam edən hərbi əməliyyatlar İrandakı münaqişənin həlli səylərinə mane olur.