"İranın uran ehtiyatları ABŞ ilə razılaşmada əsas maneədir" - "The New York Times"

13:42 4 İyun 2026

"The New York Times" qəzeti yazır ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi Tehran və Vaşinqton arasında mümkün razılaşmanın əldə olunması yolunda əsas maneələrdən biri olaraq qalır.

Sitat.info xəbər verir ki, qəzet Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) dəyərləndirmələrinə istinadən bildirir ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi İsfahan nüvə kompleksində yerləşən dərin və möhkəmləndirilmiş tunellərdə saxlanılır.

Ehtiyatların bir hissəsinin isə Fordo və Nətənz nüvə obyektlərində olduğu qeyd edilir.

Qəzet yazır ki, belə bir ssenari baş verərsə, İranın nüvə proqramı ilə bağlı monitorinq imkanları məhdudlaşa və gələcək danışıqların aparılması daha da mürəkkəbləşə bilər.

Nigar,

Sitat.info



Xəbər xətti