"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.
Sitat.info-nun məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə bitib - 1:0.
54-cü dəqiqədə Freddi Varqas fərqlənib. Onun komanda yoldaşı İfeanyi Metyu 65-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Neftçi" mövsümü 59 xalla dördüncü sırada başa vurub. Gəncə klubu 27 xalla onuncu olub.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər
Xatırladaq ki, Misli Premyer Liqasında mövsümə mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.