Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatdı

Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatdı
Gündəm 23 May 2026 14:37

Uqandada Ebola qızdırmasına üç yoluxma halı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında deyilir.

 

"Ölkədə Ebola virusunun səbəb olduğu üç yeni yoluxma faktı təsdiqlənib və nəticədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı beşə çatıb", - məlumatda bildirilir.

Virus ilk yoluxan şəxslə təmasda olmuş iki nəfərdə aşkar edilib. Daha bir yoluxma halı isə Uqandada olan Konqo vətəndaşında müəyyən edilib.