Türkiyədə bələdiyyə sədri və həyat yoldaşı SAXLANILDI

12:37 17 Aprel 2026

Türkiyənin Uşak vilayətinin Eşme rayonunun Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri Yılmaz Tozan və həyat yoldaşı Burcu Tozan saxlanılıb.

Sitat.info  xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, bələdiyyə sədri və xanımı mənimsəmə və korrupsiya faktları ilə bağlı aparılan təhqiqat çərçivəsində saxlanılıblar.

Əməliyyat zamanı daha üç şübhəli şəxsin də saxlanıldığı bildirilir.

Hazırda faktla bağlı araşdırmalar davam edir.



Xəbər xətti