İran ABŞ-ni hədələdi: “Bir nəfər də sağ qalmayacaq”

15:37 2 Aprel 2026

“Əgər Amerika ordusu İranda quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də düşmən hərbçisi sağ qalmayacaq”.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bunu bu gün İran Ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi deyib.

O, ordu qüvvələrinin komandanları ilə görüşündə bildirib ki, ABŞ və İsrail addımlarını son dərəcə dəqiqliklə, anbaan izləmək və hücum metodlarına qarşı çıxmaq üçün planları uyğun vaxtda həyata keçirmək lazımdır.

“Əgər ABŞ quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də sağ qalmamalıdır. İran ordusunun bütün şəxsi heyəti şəhid olmağa and içib”, - deyə, Hatəmi vurğulayıb.  

Nigar,

Sitat.info 



Xəbər xətti