İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb

İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
Gündəm 19 Mart 2026 19:24
İran hüquq-mühafizə orqanları İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən daha 97 nəfəri saxlayıb.
 
Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
 
Məlumatda həbs olunanlar "İsrail əsgərləri” adlandırılıb.
 
Onların üzərindən xeyli sayda silah-sursatın aşkarlandığı qeyd edilib.
 
Qeyd edək ki, daha əvvəl İranda "düşmənlə əməkdaşlıq etməkdə" şübhəli bilinən ən azı 500 nəfər saxlanılıb.