Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı

Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Gündəm 17 Mart 2026 17:26
Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağzaların birində soyğunçuluq törədildiyi barədə polisə məlumat daxil olub.
 
Sitat.info xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə müəyyən edilərək saxlanılıblar.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.