Füzulidə mina partladı - Çoban həlak oldu

Füzulidə mina partladı - Çoban həlak oldu
Gündəm 12 Mart 2026 20:38

Füzuli rayonunda mina partlayıb, ölən var.

Sitat.info xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.

Nəticədə çoban ölüb, atı isə tələf olub.

Faktla bağlı araşdırma aparılır.