Bakı nefti 95 dollara yaxınlaşır

Bakı nefti 95 dollara yaxınlaşır
İQTİSADİYYAT 07 Mart 2026 10:20

Dünya bazarlarında neft ötən günlə müqayisədə kəskin bahalaşıb.

Sitat.info xəbər verir ki, hazırda “Brent” markalı neft 92,69 dollara, yüngül neft 90,90 dollara təklif edilir.

"Azəri Layt" markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti isə 6,72 dollar və ya 7,65% artaraq, 94,62 dollar təşkil edib.