Bakıda duman müşahidə olunur

Bakıda duman müşahidə olunur
Gündəm 19 Fevral 2026 09:10

Bakı və Abşeronda dumanlı hava şəraiti müşahidə olunur. 

“Sitat.info” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda paytaxtda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.