Rusiya "Sülh Şurası"nın ilk iclasında iştirak etməyəcək - Kreml

Rusiya \"Sülh Şurası\"nın ilk iclasında iştirak etməyəcək - Kreml
Gündəm 11 Fevral 2026 20:13

Rusiya "Sülh Şurası"nın ilk iclasında iştirak etməyi planlaşdırmır.


Sitat.info APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib .

Onun sözlərinə görə, şuranın ilk iclasında Kremldən heç kim iştirak etməyəcək. "Şuranın mövzusu hələ də Xarici İşlər Nazirliyində öyrənilir", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın təşəbbüskarı olduğu "Sülh Şurası”nın ilk iclası fevralın 19-da keçiriləcək.