QMİ Həcc ziyarətinə getmək istəyənlərə müraciət etdi

QMİ Həcc ziyarətinə getmək istəyənlərə müraciət etdi
Gündəm 21 Yanvar 2026 12:52

Həcc ziyarəti üçün kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir.

Sitat.info xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb

"Vətəndaşlardan xahiş edirik ki, təyin olunmuş vaxt bitməmiş, yerlər tamamlanmamış gəlib qeydiyyata alınsınlar", - məlumatda qeyd olunub.