Rus ordusu Xarkova zərbələr endirdi: ölü və yaralılar var

Rus ordusu Xarkova zərbələr endirdi: ölü və yaralılar var
Gündəm 19 Yanvar 2026 19:24

Rusiya ordusu bu gün raket və dronlardan istifadə etməklə Ukraynanın Xarkov bölgəsinə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O qeyd edib ki, zərbələr Xarkovun Slobodski rayonuna endirilib. Nəticədə bir nəfər həlak olub, 9-u isə yaralanıb.