Şuşa istiqamətində gedəcək sürücülərə - Xəbərdarlıq

Şuşa istiqamətində gedəcək sürücülərə - Xəbərdarlıq
Gündəm 14 Yanvar 2026 20:56

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə xəbərdarlıq edib.

Bu barədə Sitat.info-ya AAYDA-dan məlumat verilib.

Qeyd olunub ki, sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etmələri tövsiyə olunur.