Azərbaycanda siqaretlərin qiyməti qalxdı

Azərbaycanda siqaretlərin qiyməti qalxdı
İQTİSADİYYAT 05 Yanvar 2026 10:20

Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.

Sitat.info  xəbər verir ki, rəsmi açıqlama verilməsə də, marketlərdən əldə edilən məlumata əsasən, siqaretlərin qiymətində 30–50 qəpik arası bahalaşma qeydə alınıb.

Qeyd olunur ki, qiymət artımı hələlik bəzi marketlərdə tətbiq edilir.

Bahalaşmanın səbəbləri ilə bağlı isə məlumat yoxdur.(Bakıvaxtı.az)