İmişlidə kişi dəm qazından boğuldu

İmişlidə kişi dəm qazından boğuldu
Gündəm 27 Dekabr 2025 14:15

İmişlidə kişi dəm qazından boğularaq ölüb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.