Elmar Baxşıyev istefaya göndərildi

Elmar Baxşıyev istefaya göndərildi
Gündəm 23 Dekabr 2025 17:38


"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubdan ayrıldığını təsdiqləyib.

 
Sitat.info xəbər verir ki, bu barədə "Report"a 45 yaşlı mütəxəssis özü məlumat verib.
 
"Bəli, bugünkü iclasda yollarımızı ayırdıq. Bu, futboldur, İnşallah, hər iki tərəf üçün xeyirlisi olar", - deyə o bildirib.
 
Qeyd edək ki, Elmar Baxşıyev ötən ilin aprelindən "Araz-Naxçıvan"ı çalışdırırdı.