Nazirliyin tərkibindəki 3 qurum ləğv edildi

Nazirliyin tərkibindəki 3 qurum ləğv edildi
Gündəm 08 Dekabr 2025 17:00

Elm və Təhsil Nazirliyinin tabeliyindəki "Nafta", "Aşqar" və "Kompozit" Elmi İstehsalat Birliyi ləğv edilib.

Sitat.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərarla Elm və Təhsil Nazirliyi "Nafta", "Aşqar" və "Kompozit" Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsün və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.