Bakıda oteldə yanğın: iki avtomobil yandı

Bakıda oteldə yanğın: iki avtomobil yandı
Gündəm 06 Dekabr 2025 12:12

Bakının Nizami rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Sitat.info-ya verilən məlumata görə, ümumi sahəsi 400 m² olan ikimərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda BMV və “Volksvaqen” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və otel binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.