Avtomobil avtobusa çırpıldı: Ölən və yaralananlar var

Avtomobil avtobusa çırpıldı: Ölən və yaralananlar var
Gündəm 27 Noyabr 2025 17:22
Gəncədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Sitat.info xəbər verir ki, Gülüstan qəsəbəsində minik maşını "Bakı Bus"a məxsus sərnişin avtobusuna çırpılıb.
 
Minik maşınında olan bir nəfər hadisə yerində ölüb, yaralılar var.
 
Faktla bağlı araşdırma başlanılıb.