"Barselona" 19 yaşlı hücumçunu transfer etmək üçün hərəkətə keçib

\"Barselona\" 19 yaşlı hücumçunu transfer etmək üçün hərəkətə keçib
Gündəm 18 Noyabr 2025 19:42
İspaniya təmsilçisi "Barselona" Braziliyanın "Vasko da Qama" klubunun hücumçusu Rayanı transfer etmək istəyir.
 
Kataloniya kollektivi 19 yaşlı futbolçunun transferi ilə bağlı qarşı tərəfə rəsmi təklif göndərib.
 
"Barselona"nın Rayan üçün 25–30 milyon avro ödəməyə hazır olduğu bildirilir.
 
Qeyd edək ki, Rayan bu il 49 oyun keçirib, 17 qol vurub və 1 məhsuldar ötürmə edib.