Masazırda qanunsuz tikililər söküldü 

Masazırda qanunsuz tikililər söküldü 
Gündəm 14 Noyabr 2025 15:26

Abşeron rayonu, Masazır kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.