Nazir əmisi oğlunu işdən çıxardı - AZƏRBAYCANDA

Nazir əmisi oğlunu işdən çıxardı - AZƏRBAYCANDA
Gündəm 01 İyun 2022 17:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin rəisi Fizuli Babayev işdən çıxarılıb.

Sitat.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə nazir Muxtar Babayev əmr imzalayıb.

Nazirin digər əmri ilə, sözügedən idarənin rəisi vəzifəsinə Elxan Baxışov təyinat alıb.

Qeyd edək ki, vəzifəsindən azad edilən F.Babayev Muxtar Babayevin əmisi oğludur.